Bakıda buraxılış imtahanlarında 50 ən aşağı və 50 ən yüksək nəticə göstərmiş məktəblərin siyahısı açıqlanıb

Bakıda buraxılış imtahanlarında 50 ən aşağı və 50 ən yüksək nəticə göstərmiş məktəblərin siyahısı açıqlanıb
# 06 noyabr 2013 14:14 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 9-cu sinif məzunlarının buraxılış imtahanlarında göstərdiyi nəticələrə görə məktəblərin siyahısına əsasən, ən aşağı nəticə göstərmiş 50 məktəbdən 17-si Sabunçu rayonunun payına düşür. Siyahıda növbəti yerləri Qaradağ (11) və Xəzər (10) rayonları tutur. Aşağı nəticə göstərmiş məktəblər rayonlar üzrə qeyri-bərabər paylanıb. Bakı şəhəri üzrə Nərimanov, Binəqədi, Xətai, Səbail, Pirallahı rayonları, Təhsil Nazirliyinə tabe məktəblər və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəblər aşağı nəticə göstərmiş məktəblərin siyahısında təmsil olunmayıb. Qaradağ rayonu ərazisində fəaliyyət göstərən məktəblərin 44%-i, Sabunçu rayonunda 37%-i, Xəzər rayonunda 32%-i 50 ən aşağı nəticə göstərmiş məktəblərin siyahısına daxildir.

50 ən yüksək nəticə göstərmiş məktəblər siyahısında qeyri-bərabər şəkildə paylanıb. Yüksək nəticə göstərmiş məktəblərin siyahısında Xətai (6), Nərimanov (6), Nəsimi, Nəsimi və Səbail (5), Yasamal (4), Sabunçu, Binəqədi (2) rayonları tutur. Nazirliyinə tabe məktəblərin 71%-i yüksək nəticə göstərmiş məktəblərin siyahısındadır. Yüksək nəticə göstərmiş məktəblərin siyahısında Suraxanı, Pirallahı və Qaradağ rayonları təmsil olunmayıb. Hər iki fəndən”2” və bir fəndən “2” digər fəndən “3” qiyməti alan şagirdlərin sayına görə 0% nəticə göstərən məktəblərin sıralanması məzun sayına görə aparılıb. Sıralama məzun sayı çox olandan az olana doğru aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR