Kolumbiyada polis gəmidə 1,5 tona yaxın kokain aşkarlayıb

Kolumbiyada polis gəmidə 1,5 tona yaxın kokain aşkarlayıb
# 14 sentyabr 2013 23:43 (UTC +04:00)

Bakı-APA. Kolumbiya Hərbi-Dəniz Qüvvələri və polisi Karib dənizində gəmidə 1,5 tona yaxın kokain aşkarlayaraq müsadirə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qaçaqmal yük Kartaxenadan San-Anders adasına üzən gəminin göyərtəsində aşkarlanıb. Kokain duzla dolu kisələrin arasında gizlədilibmiş.

“Qara” bazarda müsadirə olunmuş narkotik maddənin 35 mln. dollar dəyərində olduğu bildirilir. İlkin versiyaya görə, kokain bir müddət adada gizlədildikdən sonra sürətli qayıqlarla Mərkəzi Amerika ölkələrinə, oradansa ABŞ-a aparılmalı idi.

Faktla bağlı 1 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR