“Bank of Azerbaijan”da əhalinin əmanətləri kəskin azalıb

“Bank of Azerbaijan”da əhalinin əmanətləri kəskin azalıb
# 23 aprel 2014 08:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank of Azerbaijan”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 408,989 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40,2% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 50,1% artaraq 372,417 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 77,6 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 38,5% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 12,165 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 14,8% azdır.

Bankın depozit portfeli 2014-cü ilin yanvar-mart ayları ərzində 20% artaraq 194,13 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 34,085 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 54,4% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 4,3% azalaraq 42,174 mln. manata çatdığı halda, nizamnamə kapitalı hesabat dövrü ərzində dəyişməyərək 50 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 42% artaraq 13,764 mln. manat, xərcləri isə 46,5% artaraq 9,6 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 6 mln. 359,6 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 15 filialı, 38 bankomatı, 1 946 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR