Oqtay Əsədov İran nümayəndə heyətini qəbul edib

Oqtay Əsədov İran nümayəndə heyətini qəbul edib
# 24 sentyabr 2013 13:36 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının əhəmiyyətini qeyd edərək bu cür görüşlərin mütəmadi keçirilməsinin önəmli olduğunu deyib: “Bu günədək ölkələrimiz arasında 100-dən çox sənəd imzalanıb. Bu sənədlər təkcə siyasi deyil, iqtisadi, mədəni, humanitar sahələrdə də münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaradır”.

İranlı millət vəkili Cavad Cahangirzadə isə bildirib ki, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsi həyatın digər sahələrində münasibətlərin inkişafına öz müsbət töhfəsini verir.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, regionda təhlükəsizlik, lokal münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR