ABŞ dövlət katibi və İsrailin baş naziri İranın nüvə proqramını müzakirə ediblər

ABŞ dövlət katibi və İsrailin baş naziri İranın nüvə proqramını müzakirə ediblər
# 24 oktyabr 2013 11:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ dövlət katibi Con Kerri ilə İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramını müzakirə ediblər.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, görüş oktyabrın 23-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilib.

C.Kerri bildirib ki, İran nüvə proqramının dincməqsədli olduğunu sübut etməlidir: “Bizim İranın nüvə fəaliyyətlərini hansı istiqamətdə apardığını bilməyimiz lazımdır. Dünya bu ölkənin nüvə fəaliyyətlərinin açıq və şəffaf, həmçinin həqiqətən dinc məqsədlərə xidmət etdiyini görməlidir”.

B.Netanyahu isə bir daha əvvəlki tələblərini təkrarlayaraq, İranın uranın zənginləşdirilməsi, həmçinin sentrifuqaların quraşdırılmasından imtina etməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR