Bakının bir neçə rayonunda qaz olmayacaq

Bakının bir neçə rayonunda qaz olmayacaq
# 10 fevral 2014 13:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

«Azəriqaz» İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Abşeron Magistral Qaz Kəmərləri Sahəsinə məxsus «Digah qolu» qaz kəmərində baş vermiş sızmanın ləğvi ilə əlaqədar fevralın 10-da təmir işləri başa çatanadək Nərimanov və Nizami rayonlarına, həmçinin Abşeron, Sabunçu, Binəqdi və Xətai rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR