Azərbaycanlı deputat ATƏT Daimi Şurasının sessiyasında iştirak edəcək

Azərbaycanlı deputat ATƏT Daimi Şurasının sessiyasında iştirak edəcək
# 28 oktyabr 2013 16:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev oktyabrın 30-dan noyabrın 1-dək Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd ATƏT PA-nın prezidenti Ranko Krivokapicin şəxsi dəvəti ilə ATƏT-in Daimi Şurasının sessiyasında iştirak etməkdir.

Sessiyada quruma üzv ölkələr arasında strateji əməkdaşlıq üzrə gələn ilin prioritet istiqamətləri və bir sıra digər vacib məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR