Azərbaycanda daha 32 hərbçi mənzillə təmin olunacaq

Azərbaycanda daha 32 hərbçi mənzillə təmin olunacaq
# 24 iyun 2014 14:24 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün Azərbaycan prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan Komissiyanın növbəti iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan komissiyanın sədri, maliyyə naziri Samir Şərifov bildirmişdir ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi davam edir, komissiyanın mütəmadi olaraq keçirilən iclaslarında 20 təqvim ilini dolduran və fərmanla müəyyənləşdirilən meyarlara cavab verən hərbi qulluqçular mənzil növbəsinə qəbul olunur.

İclasda komissiya tərəfindən mənzil növbəsinə qəbul olunan hərbi qulluqçulardan daha 32 nəfərin dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına dair qərar qəbul edilib.

Bununla da, bu günə qədər komissiya tərəfindən qəbul edilən qərarlarla müvafiq mənzillər 245 hərbi qulluqçunun mülkiyyətinə verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR