Əlcəzairdə futbol bayramı 12 nəfərin ölümünə səbəb olub

Əlcəzairdə futbol bayramı 12 nəfərin ölümünə səbəb olub
# 20 noyabr 2013 22:42 (UTC +04:00)

Bakı-APA. Əlcəzairdə futbol fanatları milli komandanın qələbəsini qeyd edərkən ölüm halları baş verib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, oyundan sonra gecə saatlarında ümumilikdə 12 nəfər ölüb, 240 nəfər yaralanıb.

Şahidlərin bildirdiyinə görə, ölkədə şənliklər səhərə kimi davam edib, bəzi futbolsevərlər isə özlərini məsuliyyətsiz aparıb.

Qeyd edək ki, Əlcəzair yığması həlledici oyunda Burkina-Faso kollektivini məğlub edərək Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR