Media nümayəndələri Salyanda olublar - FOTO

Media nümayəndələri Salyanda olublar - <span style="color: red;">FOTO
# 05 dekabr 2013 13:33 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə media nümayəndələrinin Salyan Rayon İcra Hakimiyyətində (İH) görüşü keçirilib.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, media-məmur dialoqu layihəsi çərçivəsində baş tutan görüşdə çıxış edən MŞ sədri Əflatun Amaşov çıxışında media nümayəndələrinin prezident İlham Əliyevlə noyabrın 24-də keçirilmiş görüşü üzərində dayanıb: «Dövlət başçısının fikirləri jurnalistlərlə yanaşı, cəmiyyətə informasiya verilməsinə məsul şəxslər üçün də mesajdır. Çünki informasiya mübadiləsində iki tərəf var. Bunlardan hansısa üzərinə düşən işi doğru yerinə yetirmirsə, ümumən prosesə ziyan gəlir. Bugünkü görüşümüzdə də məqsəd mövcud müstəvidəki çətinlikləri müzakirə etməkdir. Mətbuat Şurası bu sayaq tədbirləri digər dövlət qurumları ilə də keçirəcək və belə görüşlərin faydası hər zaman olur».

MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, rayonlardan KİV-ə olunan şikayətlərin araşdırılması prosesində rəsmi mövqenin əldə olunması ilə bağlı problemlər mövcuddur. O, həmçinin vətəndaşların hansısa məsələ ilə əlaqədar narazılığının ictimaiyyətə açıqlanmasının ümumən dövlətə xeyirli tərəflərindən söz açıb. Məmurların öz işlərində həssas olmalarının vacibliyini bu baxımdan əsaslandırıb. Baş redaktor eyni zamanda İH başçısının media nümayəndələrini rayona dəvət etməsini, əhali ilə görüşlər aparmalarına təşviq edən çağırışını cəsarətli addım kimi dəyərləndirib.

Görüşdə MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayıl, MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev, MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinİn jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR