Sabah Azərbaycanda havanın temperaturu 28-33 dərəcə təşkil edəcək

Sabah Azərbaycanda havanın temperaturu 28-33 dərəcə təşkil edəcək
# 27 iyul 2013 09:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 28-də gözlənilən hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz və axşam arabir güclənəcək. Temperatur gecə 20-25 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.


İyulun 28-də Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR