Lerikin daha 5 kəndinə ilk dəfə təbii qaz verilib - FOTO

Lerikin daha 5 kəndinə ilk dəfə təbii qaz verilib - <span style="color: red;">FOTO
# 06 oktyabr 2013 07:40 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Lerik rayonunun daha 5 ucqar yaşayış məntəqəsi ilk dəfə təbii qazla təchiz olunub.

APA-nın cənub bürosunun məlumatına görə, Kələxan, Kəlvəz, Göydərə, Hüseynabad və Məhləabad kəndlərinə təbii qazın verilməsi münasibəti ilə keçirilən mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, sakinlər iştirak ediblər.

Mərasimdə mavi qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

Hazırda rayonun daha 12 kəndində qazlaşdırma işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR