Azərbaycanda gənclərin xaricdə təhsil almasının məhdudlaşdırılması təklif olunur

Azərbaycanda gənclərin xaricdə təhsil almasının məhdudlaşdırılması təklif olunur
# 12 noyabr 2013 14:19 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə 2014-cü il üçün büdcə zərfinnin müzakirəsi zamanı millət vəkili Jalə Əliyeva təklif edib.


Onun sözlərinə görə, bu gün Azərbaycanda internatlar və uşaq evlərindən məzun olan gənclər sonradan ev problemi ilə üzləşirlər: «Bu qəbildən olan insanların normal vətəndaş kimi yaşaması üçün hökumət bu problemi həll etməlidir».


Millət vəkili Əhməd Vəliyev isə bildirib ki, 2014-cü ildə təhsil kreditlərinin öz əksini tapması çox vacib amildir: «Bu gün məktəbi bitirən 20-25% gənc sonradan təhsilini davam etdirə bilmir, 100 minlərlə Azərbaycan gənci özünə iş tapa bilmir. Azərbaycanda təhsil ala bilməyən gənclərin böyük əksəriyyəti xaricə gedir».


Millət vəkili qeyd edib ki, bu da Azərbaycandakı maliyyə vəsaitlərinin xarici dövlətlərə axmasına səbəb olur: «Düşünürəm ki, bunun qarşısı alınmalıdır. Çünki bu gənclərin əksəriyyəti xaricdə layiqli təhsil almırlar. Bu vəsaitin xaricə axınının qarşısını almaq üçün bir təhsil strategiyası hazırlamalıyıq və hər bir Azərbaycan gənci öz ölkəsində təhsil alıb, burada da işlə təmin olunmalıdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR