Vergilər Nazirliyi daha 5 elektron xidmətin göstərilməsinə başlayb

Vergilər Nazirliyi daha 5 elektron xidmətin göstərilməsinə başlayb
# 22 oktyabr 2013 08:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 57 elektron xidmətdən 2012-ci ildən istifadəyə verilmiş 46 növü üzrə inzibati reqlamentlər Hüquqi Aktların Dövlət Reyestrində elektron variantda dərc edilib. Daha 5 yeni elektron xidmətin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.

Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar Nazirlik tərəfindən «Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması», «Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi», «Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi», «Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi», «Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi» üzrə elektron xidmətlərin göstərilməsinə başlanılıb.

Təqdim olunan xidmətlərin məzmunu vergi ödəyicisi qismində qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərin, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi uçotuna alınmış hüquqi şəxslərin filiallarının və bölmələrinin, eləcə də fiziki şəxslərin uçot məlumatlarının elektron qaydada dəyişdirilməsini, həmçinin vergi ödəyicilərinin təsərrüfat subyektlərinin (obyektlərinin) elektron qaydada qeydiyyatdan çıxarılmasını əhatə edir.

Elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir. Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və www.e-taxes.gov.az, www.e-gov.az ünvanlarında istifadəçilərə təqdim olunur. Təqdim olunan yeni xidmətlər barədə ətraflı məlumatı www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg[email protected] elektron ünvanından, Nazirliyin Vergi ödəyicilərinə xidmət Mərkəzlərindən və 195 Çağrı Mərkəzindən əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR