Budapeştdə azərbaycanlı rəssamın sərgisi keçiriləcək

Budapeştdə azərbaycanlı rəssamın sərgisi keçiriləcək
# 03 iyul 2013 16:53 (UTC +04:00)

Bakı – APA. Macarıstanın paytaxtı Budapeşt şəhərində gənc azərbaycanlı rəssam Çingiz Mehbaliyevin “Həyatınızı rəngləyərək” adlı fərdi rəsm sərgisi keçiriləcək.

APA-nın xəbərinə görə, Budapeştin ən möhtəşəm saraylarından olan YBL Sarayında təşkil olunan sərginin açılış mərasimi 9 iyul 2013-cü il saat 18:30-da baş tutacaq.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstan Milli Assambleyasının (Parlamentinin) və Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü cənab Tamaş Hegedüş sərgidə açılış nitqi söyləyəcəklər.

5 gün davam edəcək sərgidə rəssamın 30-a qədər rəngkarlıq və qrafika işləri nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR