Ketrin Eşton: “İranla “altılıq” ölkələri arasında mühüm razılıq əldə olunub”

Ketrin Eşton: “İranla “altılıq” ölkələri arasında mühüm razılıq əldə olunub”
# 17 oktyabr 2013 11:38 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son danışıqlar tərəflər arasında indiyədək keçirilmiş ən məzmunlu müzakirələr olub: “Hazırda dünyanın altı ölkəsi - ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya diqqətlə İranın onlara təqdim etdiyi təklifi araşdırır”.

K. Eşton həmçinin İranın təklifini “mühüm əməkdaşlıq” adlandırmaqla yanaşı, tərəflər arasında müzakirələrin detallarının açıqlanmaması barədə razılıq əldə olunduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR