Bakıda ağır yol qəzası baş verib, 2 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Bakıda ağır yol qəzası baş verib, 2 nəfər xəsarət alıb  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 aprel 2014 22:12 (UTC +04:00)

APA-nın məlumatına görə, Babək prospektində üç nəqliyyat vasitəsi - iki "Hyundai" və bir "Opel" markalı avtomobillər toqquşub. Məlumata görə, qəza şəraitini "Hyundai Sonata" markalı minik maşını yaradıb. Həmin avtomobil Kamran Əfkari küçəsindən gəlib və sürücü Babək prospektinə dönmək istəyib. Lakin düzgün manevr etmədiyi üçün Babək prospekti ilə şəhər mərkəzindən "Xalqlar Dostluğu" dairəsi istiqamətində hərəkətdə olan digər "Hyundai" markalı minik maşınının yoluna çıxıb və toqquşma baş verib. Arxadan gələn "Opel" markalı avtomaşın da toqquşan avtomobillərə çırpılıb. Qəza nəticəsində "Hyundai" markalı hər iki avtomobilin sürücüləri xəsarət alıblar. Onlar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Yol qəzasını Nizami Rayon Polis İdarəsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR