Ukraynanın vitse-spikeri: Rusiya qazının yeni qiyməti 2019-cu ilədək qüvvədə olacaq

Ukraynanın vitse-spikeri: Rusiya qazının yeni qiyməti 2019-cu ilədək qüvvədə olacaq
# 18 dekabr 2013 04:49 (UTC +04:00)

Bakı-APA. Ukrayna üçün Rusiya qazının yeni qiyməti 2014-cü ildən 2019-cu ilədək qüvvədə olacaq. APA-nın “RBK-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın vitse-spikeri Yuriy Boyko bildirib.

Qeyd edək ki, Rusiyanın “Qazprom” konserni və Ukraynanın “Naftoqaz” şirkəti ötən gün iki ölkənin prezidentlərinin iştirakı ilə “2009-2019-cu illərdə təbii qazın alış-satışı, tədarükü, tranzitinin həcmi və şərtləri haqqında müqavilə”yə əlavəni imzalayıblar.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, imzalanmış sənədə əsasən, “Qazprom” qazın min kubmetrini Ukraynaya 268,5 dollara satacaq. Qeyd edək ki, Ukrayna hazırda qazın min kubmetri “Qazprom”dan 400 dollardan baha qiymətə alır.

“Biz bunun müvəqqəti qərar olduğunu hesab edirik. Çünki uzunmüddətli razılaşmalara nail olmaq lazımdır və biz buna nail olacağıq”, deyə Rusiya prezidenti Vladimir Putin imzalanma mərasimindən sonra keçirilmiş mətbuat konfransında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR