Azərbaycan banklarının nümayəndə heyəti «PAŞA Həyat» sığorta şirkətinin təşkilatçılığı ilə Almaniyada seminarda iştirak edib - FOTO

Azərbaycan banklarının nümayəndə heyəti «PAŞA Həyat» sığorta şirkətinin təşkilatçılığı ilə Almaniyada seminarda iştirak edib - <span style="color: red;">FOTO
# 30 dekabr 2013 08:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın aparıcı həyat sığortaçısı olan «PAŞA Həyat Sığorta» ASC-nın təşəbbüsü və təşkilatçılığı ilə bir qrup tərəfdaş korporativ bank müştərilərinin nümayəndələri Montabaur şəhərində (Almaniya, Frankfurt şəhəri yaxınlığında) keçirilən seminarda iştirak ediblər. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Almaniya Bank Akademiyası tərəfindən «Bank fəaliyyəti sahəsində risklərin idarə edilməsi» mövzusunda keçirilən seminarda «PAŞA Həyat»ın korporativ bank müştəriləri olan «Kapital Bank», «Accessbank», «Azər-Türk Bank» və s.bankların nümayəndələri iştirak edib.

Məruzəçi qismində Almaniya və digər Avropa ölkələrindən bank işi üzrə dəvət olunmuş ekspertlər seminar iştirakçılarına «Bank fəaliyyəti sahəsində risklərin idarə edilməsi», «Almaniya banklarında (kooperativ banklarında) risklərin idarə edilməsinin həyata keçirilməsi», «Bazel Banklara Nəzarət Komitəsinin bank riskləri sahəsində qəbul etdiyi «Bazel-II» və «Bazel-III» sənədlərinin tələbləri», həmçinin «Avropa bank nəzarəti orqanlarının inkişafı» və «Avropa bank islahatlarının ümumi tendensiyaları və müasir vəziyyəti» mövzusunda geniş təqdimatlar ediblər.

Qeyd edək ki, «PAŞA Həyat Sığorta» ASC-nin bu kimi beynəlxalq tədbirləri artıq Şirkət tərəfindən nümunəvi biznes ənənəsinə çevrilib. «PAŞA Həyat» bu siyasəti gələcəkdə də davam etdirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR