Gəncədə «Kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nin təqdimatı keçirilib - YENİLƏNİB

Gəncədə «Kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nin təqdimatı keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 21 oktyabr 2013 11:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bu gün Gəncədə Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə «Kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nin ictimai təqdimatı keçirilib.

APA-nın Qərb bürosunun məlumatına görə, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı, regional idarələri və tabeli qurumları, Gəncə şəhər İcra Hakimiyyəti, bələdiyyələr, yerli təşkilatların nümayəndələri və daşınmaz əmlakla bağlı maraqlı tərəflər iştirak edib.

Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin direktoru Ramiz Quliyev təqdimat mərasimində bildirilib ki, layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlak haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Layihənin əsas hədəfi daşınmaz əmlakın kadastrı işlərinin inkişafının təmin edilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsidir. Məlumata görə, «Kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi» Azərbaycan və Almaniya hökumətləri arasında imzalanmış maliyyə əməkdaşlığı sazişinə əsasən, Almaniyanın KFW Bankının maliyyə dəstəyi ilə həyata keçirilir.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev yeni layihənin Gəncə uçun çox əhəmiyyətli olduğunu bildirib. O, Almaniya hökuməti ilə birgə şəhərdə bir neçə layihənin həyata keçirildiyi bildirilib.

Tədbirdə həmçinin Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsini əhatə edən hazırkı layihənin başlıca məqsədləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. İctimai təqdimatda KFW Bankı və icraçı şirkətlərin nümayəndələrinin təqdimatları keçirilib.

Qeyd olunub ki, layihə çərçivəsində Gəncə və Şəki şəhərlərinin bütün ərazisinin mükəmməl rəqəmsal kadastr xəritələri və elektron kadastr məlumat bazası yaradılacaq. Bu isə Gəncə və Şəki əhalisi üçün özəlləşdirilmiş torpaq sahələri və daşınmaz əmlakdan səmərəli istifadə etmək imkanı yaradacaq, daşınmaz əmlak bazarının inkişafını stimullaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR