Azərbaycan Xəzər hövzəsinə ən iri təchizat gəmiləri gətirir

Azərbaycan Xəzər hövzəsinə ən iri təchizat gəmiləri gətirir
# 23 yanvar 2014 12:01 (UTC +04:00)

«APA-Economics»in şirkətə istinadən verdiyi məlumata görə, «Caspian Challenger» və «Caspian Endeavour» yedək və təchizat gəmilərinin (AHTSV) dəyərinin 100 mln. ABŞ dolları olduğu qeyd edilir.

Gəmilər DP2 - dinamik tarazlaşma sistemi ilə təchiz olunub, avtomatlaşdırılmış təhlükəsiz yedəkləmə imkanlarına malikdir. Belə ki, 17 200 at gücündə olan bu gəmilər hazırda Xəzər hövzəsində fəaliyyət göstərənlər analoqların ən güclüsüdür. Gəmilərin dartı qüvvələri 190 tona bərabərdir.

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi və istismarı layihəsinin operatoru olan BP şirkəti həmin gəmiləri yedəkləmə işləri, dinamik tarazlaşma, təchizat və logistika və s. əməliyyatlara yardım etmək üçün və Azərbaycanın «Şahdəniz» qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində istifadə edəcək.

Qeyd edək ki, hazırda «Topaz Energy and Marine»in Xəzərin Azərbaycan sularında 25 gəmisi var. Onların sayı 4 000 DWT-lik (faydalı yük tutumu) «Caspian Voyager» təchizat gəmisini aldıqdan sonra 26 ədəd olacaq. Bu gəminin 2014-cü ilin ikinci yarısında alınması planlaşdırılır.

«Topaz Energy and Marine» Xəzər və Orta Şərqdə gəmi təchizatı sahəsində aparıcı şirkətlərdən biridir. Orta Şərqdə 40 ildən artıq təcrübəyə malik olan şirkətin baş qərargahı Dubayda yerləşir. Şirkətin donanmasında 90-dan artıq ortalama yaşı 7 il olan təchizat gəmiləri mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR