Liftdə köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas olunub

Liftdə köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas olunub
# 29 yanvar 2014 01:32 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda gecə doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 02:56-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR