Göygöldə avtomobil dərəyə aşıb, ölən və yaralanan var - FOTO - VİDEO

Göygöldə avtomobil dərəyə aşıb, ölən və yaralanan var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 dekabr 2013 06:47 (UTC +04:00)

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Aşıqlı kəndi ərazisində baş verib.

Gəncə şəhər sakini 34 yaşlı Fariz Həmzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan dərin dərəyə aşıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakini, 36 yaşlı Həsən Əliyev ölüb, sürücü Fariz Həmzəyev, sərnişinlər - 52 yaşlı Fizuli Əliyev və 35 yaşlı Sədi Həmzəyev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR