Gənclər Fondu tələbələr üçün təqdimatları davam etdirir - FOTO

Gənclər Fondu tələbələr üçün təqdimatları davam etdirir - <span style="color: red;">FOTO
# 23 oktyabr 2013 13:34 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlar keçirməkdə davam edir. Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti təqdimatlar Fondun Aparat rəhbəri Faiq Qürbətov və Strateji Planlaşdırma və beynəlxalq əlaqələr sektorunun əməkdaşı Vüsalə Niftəliyeva tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilib. Tələbələrin böyük marağına səbəb olan təqdimatlarda gənclərin sualları cavablandırılıb, görüşlər diskussiya şəklində davam edib.

Görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdim etmə və digər zəruri məlumatlar təqdim olunur.

Təqdimatlar hazırda keçirilən 4-cü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə keçirilir. 4-cü qrant müsabiqəsinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.

Fondun əməkdaşları tərəfindən keçirilən təqdimatlar Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti və Turizm İnstitutunda davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR