Külli miqdarda pulu mənimsəməkdə təqsirləndirilən şirkət əməkdaşına hökm oxunub

Külli miqdarda pulu mənimsəməkdə təqsirləndirilən şirkət əməkdaşına hökm oxunub
# 22 oktyabr 2013 09:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Ticon” şirkətinin əməkdaşı Xəqani Yusifzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, X. Yusifzadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, X. Yusifzadə “Ticon” şirkətinin Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən ofisində ekspeditor vəzifəsində işləyib. O, şirkətdən 828 min 687 manat məbləğində pulu mənimsəməkdə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR