Qobustan həbsxanasına kartofun içərisində mobil telefon keçirilməsinin qarşısı alınıb

Qobustan həbsxanasına kartofun içərisində mobil telefon keçirilməsinin qarşısı alınıb
# 08 oktyabr 2013 14:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1982-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.2; 234.4.3; 93.1.4 maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Surac Hüccət oğlu Hüseynova vətəndaş Namid Əfrail oğlu Kəlbiyevin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman 3 ədəd kartofun içərisinə ayrı-ayrılıqda xüsusi üsulla yerləşdirilmiş 1 ədəd “Nokia E-72”, 1 ədəd “Nokia-106” markalı mobil telefon aparatları və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR