Daha bir Azərbaycan bankı lisenziyalaşmış proqram məhsullarının kompleks istifadəsinə başlayıb

 Daha bir Azərbaycan bankı lisenziyalaşmış proqram məhsullarının kompleks istifadəsinə başlayıb
# 17 oktyabr 2013 08:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «AFB Bank» ASC «Microsoft Azerbaijan» şirkəti ilə «Microsoft Open Value» proqramı çərçivəsində əməkdaşlığa dair saziş imzalayıb. «APA-Economics»in məlumatına görə, bundan sonra bank istifadə etdiyi kompüterlərə sazişə daxil edilmiş proqram məhsullarını quraşdıra biləcək.

Seçilən lisenziyalaşdırma variantının üstünlüyündən biri bank tərəfindən yeni və yenilənmiş məhsullardan istifadədir ki, bu da «AFB Bank»ın informasiya sisteminin təhlükəsizliyi və onun dünya tendensiyalarına uyğun inkişafını təmin edir. Bank məhsullar dəstinin və ya baza məhsullarının ayrı-ayrı lisenziyalaşdırmasını əldə edib və sazişin qüvvədə olması müddəti ərzində seçdiyi məhsulların ən yeni variantını istifadə edəcək.

«Get Genuine Windows Agreement» (GGWA) proqramı çərçivəsində bank tərəfindən əldə edilmiş baza əməliyyat sistemi (ƏS) bu sazişin imzalanması üçün vacib addımlardan hesab olunur. GGWA «Microsoft» tərəfindən tövsiyə olunan lisenziyalaşdırılmamış ƏS üçün həldir və bu həlli əldə etdikdən sonra müştərinin infrastrukturu «Open Value» korporativ lisenziyalaşdırmaya keçmək üçün hazır hesab olunur. «Lisenziyalaşdırılmış ƏS-ə tam keçid bu günün ehtiyacıdır. Belə ki, təhlükəsizliyi təmin olunmamış İT infrastrukturu ilə biznesi qlobal səviyyədə genişləndirmək mümkün deyil. Məhz bu səbəbdən «Microsoft»la imzaladığımız saziş bizim üçün çox əhəmiyyətlidir və bu, bankı inkişafın yeni mərhələsinə çıxaracaq», - deyə «AFB Bank»ın İdarə Heyətinin sədri Akif Əsgərov bildirib.

«Azərbaycanda lisenziyalı ƏS-in tətbiqi üzrə aparılan aktiv tədbirlər iri şirkətlər tərəfindən leqal məhsulun istifadəsinin üstünlüklərini dərk edilməsinin göstəricisidir. Bu cür yanaşma inkişafın geniş perspektivlərini açacaq», - deyə «Microsoft Azerbaijan» şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR