ABŞ-da “Visa” və “MasterCard” pərakəndə ticarət şəbəkələrə 5,7 mlrd. dollar ödəməlidir

ABŞ-da “Visa” və “MasterCard” pərakəndə ticarət şəbəkələrə 5,7 mlrd. dollar ödəməlidir
# 14 dekabr 2013 08:38 (UTC +04:00)

Bakı. APA-Economics. Nyu-York Federal məhkəməsi “Visa” və “MasterCard” kart ödəmə sistemlərinin bir sıra pərakəndə ticarət şəbəkəsinə məcmu olaraq 5,7 mlrd. dollar ödəməsi barədə qərar çıxarıb.

APA-Economics”in xəbərinə görə, bu barədə BBC-nin məlumatında deyilir.

Qeyd edək ki, ABŞ-ın ümumilikdə 8 minə yaxın pərakəndə ticarət mərkəzi, o cümlədən “Amazon”, “Target” və digərləri kollektiv iddialarında bildirib ki, “Visa” və “MasterCard” kredit və debit kartları vasitəsilə pərakəndə ödənişlər edilərkən artıq komissiya haqları tutub. Məhkəmə tərəfindən bu fakt antiinhisar qanunvericiliyin pozulması kimi qiymətləndirib.

Bu, ABŞ-ın antiinhisar məhkəmə işləri tarixində ən iri məbləğdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR