Azərbaycanda dələduzluq və başqasına xəsarət yetirməkdə təqsirləndirilən partiya sədrinin davam etdirilib

 Azərbaycanda dələduzluq və başqasına xəsarət yetirməkdə təqsirləndirilən partiya sədrinin davam etdirilib
# 20 sentyabr 2013 10:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu ilə vətəndaşların külli miqdarda əmlakını ələ keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər. Onlardan bəziləri dəymiş ziyanı tələb etsələr də, bəziləri şikayətçi olmadıqlarını deyiblər.

İttihama görə, təqsirləndirilən şəxslər - Bəhruz Baxşıyev, İsa Əkbərov, İlqar Məmmədov və Rəşad Həsənov əlbir olaraq vətəndaşları ali məktəblərə düzəltmək adı ilə dələduzluq ediblər. Bundan başqa, İlqar Məmmədov Bakı şəhərində inşa edilən hündür mərtəbəli binaların tikintisi üzrə komissiyanın sədri kimi təqdim edərək Rəşad Həsənovla cinayət əlaqəsinə girib. Onlar şəhid ailələri, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və əlil insanları mənzil təmin etmək adı ilə aldadıblar. Həmçinin İlqar Məmmədov Ülvi Əliyev və Lütfü Əliyevə bıçaqla xəsarət yetirməkdə təqsirli bilinir.

Qeyd edək ki, təqsirləndirilən İlqar Məmmədov ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində Azərbaycan Xalq Respublikaçıları Partiyasının sədri olduğunu və Azərbaycan Beynəlxalq Universitetində (ABU) beynəlxalq hüquqdan dərs dediyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR