Lənkəranda "Natiqlik məktəbi" layihəsinin ikinci təlim sessiyası başa çatıb - FOTO

Lənkəranda "Natiqlik məktəbi" layihəsinin ikinci təlim sessiyası başa çatıb - <span style="color: red;">FOTO
# 05 noyabr 2013 01:53 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Kəşf olunan innovativ və kreativ gənclik” mövzusunda “Natiqlik məktəbi” layihəsi çərçivəsində ikinci təlim sessiyası başa çatıb. APA-nın cənub bürosunun məlumatına görə, təlim sessiyasında gənc natiqlər tərəfindən “Neft strategiyası – iqtisadi təkan”, “Sərbəstlik”, “Sağlam karyera və yollar”, “Xoşbəxtlik iksiri”, “Müasir demokratiya anlayışı”, “Təhsil və gələcək”, “Könüllülük”, “Faydalılıq prinsipləri” mövzusunda olan məruzələr maraqla dinlənilib.

Layihənin rəhbəri Samir Salayevin sözlərinə görə, “Natiqlik məktəbi” layihəsinin məqsədi regionda yaşayan gənclərdə natiqlik bacarıqlarının inkişafı, öz fikrini sərbəst və məntiqli ifadə edə bilən gənc nəslin formalaşdırılmasıdır. Layihə çərçivəsində nəzərdə tutulan növbəti 3 sessiyada da natiqlik bacarıqlarına yiyələnmiş gənclərin auditoriya qarşısında çıxışları davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR