AMEA alimləri neftlə çirklənmiş torpaqların təmizlənməsi metodunu işləyib hazırlayıblar

AMEA alimləri neftlə çirklənmiş torpaqların təmizlənməsi metodunu işləyib hazırlayıblar
# 03 sentyabr 2013 14:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri neftlə çirklənmiş torpaqların bitki, mikroorqanizm və onurğasızların vasitəsi ilə təmizlənməsi metodunu işləyib hazırlayıblar. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müəyyən edilib ki, ot bitkilərindən pencər, yarğanotu, adi yovşan, dəvətikanı, sürünən ayrıq, onurğasızlardan soxulcan kimi tanınan yağış qurdu, mikroorqanizmlərdən isə bəzi bakteriyalar və maya göbələkləri torpaqda ağır metal zərrəciklərini və radionuklidləri toplaya bilir. Bu istiqamətdə tədqiqatlar Botanika, Radiasiya Problemləri və Mikrobiologiya institutları tərəfindən “Abşeronun texnogen çirklənmiş torpaqlarının təmizlənməsi üsullarının işlənilib hazırlanması” adlı layihə çərçivəsində həyata keçirilir.

Üçillik layihə Ukrayna Elm və Texnologiya Mərkəzinin 183 min avroluq qrant dəstəyi ilə icra olunur və bu il başa çatır. Layihənin rəhbəri, Botanika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov qeyd edir ki, tədqiqatlarda məqsəd bu tip torpaqların əkin sahələri və çəmənliklər üçün yararlı hala gətirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR