Britaniya səfiri: “Azərbaycanla ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindəyəm”

Britaniya səfiri: “Azərbaycanla ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindəyəm”
# 12 sentyabr 2013 09:03 (UTC +04:00)

Britaniya Azərbaycanla möhkəm və dərin əlaqələrə malikdir. Mən bu əlaqələri bundan sonra da dərinləşdirmək və ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindəyəm”. APA-nın xəbərinə görə, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri İrfan Sıddık səfirliyin “Facebook” səhifəsində yerləşdirilmiş videomüraciətində deyib. O bildirib ki, siyasi münasibətləri vacib geopolitik məsələlər üzrə intensivləşdirmək, ticarət-kommersiya sahəsində mövcud mükəmməl əməkdaşlığı daha da genişləndirmək, enerji sahəsində əməkdaşlığı dərinləşdirmək, təhsil, turizm, mədəniyyət sahələrində humanitar əlaqələrin inkişafı üzərində çalışmaq lazımdır: “Mənim üçün Britaniya ilə Azərbaycan ümumi maraqlar və dəyərlər üzrə əsl tərəfdaşdır. Mənim missiyam bu açıq diskussiyanı davam etdirmək olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR