Tehranda keçirilən aksiyada ABŞ bayrağı yandırılıb

Tehranda keçirilən aksiyada ABŞ bayrağı yandırılıb
# 04 noyabr 2013 10:27 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, 1979-cu il hadisələrinin 34-cü ildönümü münasibətilə keçirilən tədbirdə on minlərlə insan iştirak edib. Xomeyni və Xamneyinin fotolarını qaldıran aksiya iştirakçıları ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, 1979-cu il noyabrın 4-də isə ABŞ-ın İrandakı səfirliyi hücum nəticəsində tutulub və diplomatik korpusun 52 əməkdaşı 444 gün girov saxlanılıb. Girovlar 1981-ci ilin yanvar ayında azadlığa buraxılıb. Bununla da İranla ABŞ arasında diplomatik əlaqələr tamamilə kəsilib. Həmin vaxtdan bəri hər il noyabrın 4-ü İranda Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunur.

ABŞ səfirliyinin keçmiş binasında hazırda “Bəsic” könüllülərinin muzeyi və məşq düşərgəsi yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR