Lənkəranın daha bir kəndinə təbii qaz verilib - FOTOSESSİYA

Lənkəranın daha bir kəndinə təbii qaz verilib  - <span style="color: red;">FOTOSESSİYA
# 11 iyul 2013 12:39 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, yerli ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, 738 abonenti olan Göyşaban kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23371,3 metr olan müxtəlif diametrli metal, 14046,8 metr isə polietilen boru çəkilib, 82 ədəd siyirtmə, 738 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. O da bildirilib ki, Lənkəran rayonu ümumilikdə 78 faiz qazlaşdırılıb, daha 17 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.

Tədbirdə çıxış edən kənd sakinləri evlərinin “mavi yanacaq”la təchiz olunmasına görə ölkə başçısına, ARDNŞ-ın kollektivinə və rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR