Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru istefa verib

Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru istefa verib
# 28 fevral 2014 03:22 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru Dmitri Kolesnikov istefa verib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, vilayət administrasiyasının rəsmi saytında dərc olunmuş məlumata əsasən, Dmitri Kolesnikov öz istəyi ilə tutduğu vəzifədən istefa verib.

Beləliklə, hazırda Ukraynanın 17 vilayətinin qubernatoru istefa verib. Qeyd edək ki, ölkə 24 vilayət, 2 xüsusi şəhər (Kiyev, Sevastopol) və Krım Muxtar Respublikasından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR