G7 ölkələrinin görüşü iyunda Brüsseldə baş tutacaq

G7 ölkələrinin görüşü iyunda Brüsseldə baş tutacaq
# 11 aprel 2014 19:36 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Avropa komissiyasının rəsmi saytında bildirilir.

“Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ, Avropa Şurası və Avropa Komissiyasının sədrləri 2014-cü il, iyunun 4-5-də G7 formatında Brüsseldə görüşəcəklər”, - sənəddə qeyd edilir.

Xatırladaq ki, martın 24-də Avropa Şurasının sədri Herman van Rompey “Böyük səkkizlərin” 7 ölkəsinin Rusiyanın Soçi şəhərində nəzərdə tutulan sammitdə iştirak etməkdən imtina etməsini və görüşün G7 formatında Brüsseldə keçiriləcəyini bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR