WTI markalı neft yenidən ucuzlaşıb

WTI markalı neft yenidən ucuzlaşıb
# 30 yanvar 2014 06:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,05 dollar və ya 0,1% azalaraq 1 barelə görə 97,36 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, yanvarın 29-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,44 dollar və ya 0,4% artaraq 107,85 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR