Azərbaycanlı aktyor TRT 1-də nümayiş olunan serialda çəkiləcək

Azərbaycanlı aktyor TRT 1-də nümayiş olunan serialda çəkiləcək
# 04 dekabr 2013 16:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycanlı aktyor TRT 1-də nümayiş olunan “Zengin Kız Fakir oğlan” serialında çəkiləcək.

APA-nın məlumatına görə, Azərbaycanda bir neçə seriallarda oynayan Nicat Habibov “Zengin Kız Fakir Oğlan” serialında həkim Ramin obrazını canlandıraraq Türkiyənin ən məşhur aktyorları ilə çalışacaq.

Serialın rejissoru Birol Güven may ayında Bakıya gələrək TRT Bakı Təmsilçiliyinin təşkilatçılığı ilə imza günündə Azərbaycanlı sənətçilərlə görüşüb. Birol Güven Nicat Həbibovun serialda oynamasının azərbaycanlı tamaşaçılar tərəfindən sevinclə qarşılanacağını bildirib.

“Zengin Kız Fakir Oğlan” serialı TRT 1 kanalında həftənin cümə axşamı Bakı saatı ilə 21.50 yayımlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR