Ağdaşda inzibati binada yanğın olub, 8 otaq içərisindəki əşyalarla birlikdə yanıb

Ağdaşda inzibati binada yanğın olub, 8 otaq içərisindəki əşyalarla birlikdə yanıb
# 02 fevral 2014 01:20 (UTC +04:00)

Bakı-APA. Ağdaş rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan inzibati binada baş verib. Nəticədə, binanın birinci mərtəbəsində 8 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 280 kv.m sahədə yanıb. Yanğından inzibati binanın qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR