İranda zəlzələ olub

İranda zəlzələ olub
# 12 yanvar 2014 20:38 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Xuzistan vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanın episentri İranın Xuzistan vilayətinin Hüseyniyyə şəhərinə təsadüf edib. 4.0 bal gücündə olan zəlzələ yanvarın 12-də Bakı vaxtı ilə saat 11:31-də yerin 10 km dərinliyində meydana gəlib.

Zəlzələ Hüseyniyyədən 7 km, Əndimeşkdən 28 km və Dezfuldan 38 km uzaqlıqda baş verib.

Dağıntı və itki barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR