Mayda Bakıda yeni yerüstü piyada keçidi istismara veriləcək

Mayda Bakıda yeni yerüstü piyada keçidi istismara veriləcək
# 11 aprel 2014 10:57 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, piyada keçidinin uzunluğu 86 metr, eni 3,5 metr, yerdən hündürlüyü isə 6,5 metr təşkil edir: “İnsanların rahat hərəkətini təşkil etmək üçün keçiddə hər tərəfdə ikisi olmaqla dörd eskalator quraşdırılacaq. Hazırda tavanın və elektrik sisteminin quraşdırılması işləri gedir. Bu mərhələdən sonra döşəmə yanmış qranitlə üzlənəcək. Ondan sonra isə ətraf ərazi abadlaşdırılacaq”.

P.Mürsəliyev əlavə edib ki, işin 90%-i yerinə yetirilib.

Qeyd edək ki, yerüstü piyada keçidinin mayın sonu-iyunun əvvəlində istifadəyə verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR