ARDNŞ TANAP-dakı payını 51%-ə endirə bilər

ARDNŞ TANAP-dakı payını 51%-ə endirə bilər
# 02 iyun 2014 09:58 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ TANAP-ın pay hissələrinin satılması ilə bağlı heç bir danışıqlar aparmır: “Hazırda ARDNŞ-nin TANAP-dakı payı 58%-dir. Amma gələcəkdə imkanımız var ki, biz bu payı 51%-ə endirək. Biz öz layihədə payımızı hər hansı gəlir xatirinə satmaq niyyətində deyilik”.

R. Abdullayev deyib ki, ARDNŞ-nin TANAP-dakı payı satılarsa, ancaq bu layihəyə səmərə verəcək şirkətlərə satıla bilər: “TANAP-da iştirak payı əldə etmək istəyənlər çoxdur. Amma bununla belə, hazırda TANAP-ın paylarının satılması ilə bağlı hər hansı bir danışıqlar aparılmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR