Azərbaycanlı sahibkarlar Rusiyada neft emalı kompleksinə sərmayə yatırmağa dəvət olunub

Azərbaycanlı sahibkarlar Rusiyada neft emalı kompleksinə sərmayə yatırmağa dəvət olunub
# 01 iyul 2014 12:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanlı sahibkarlar Rusiyada neft və neft məhsullarının emalı üzrə kompleksin yaradılması layihəsində investor qismində çıxış edə bilərlər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan iş adamları Rostov vilayətində neft və neft məhsullarının emalı üzrə kompleksin yaradılması layihəsində investor qismində çıxış etmək imkanı əldə edib.

Belə ki, “Uspensk neft emalı kompleks”i investisiya layihəsinin yaradılmasında yaxından iştirak etmək üçün sahibkarlara müraciət edib. Kompleksin yaradılmasında məqsəd neft emalı və qeyri-standart neft məhsullarının yaradılması üçün çoxprofilli istehsalının həyata keçirilməsidir. Həmçinin, neft sahəsində böyük xidmət spektrinin yaradılmasıdır.

Layihədə investor qismində çıxış etmək istəyənlər Azpromo-ya və ya “Uspensk neft emalı kompleks”inə müraciət bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR