Sankt-Peterburqda Rusiya vətəndaşlığı almaq istəyən Azərbaycan vətəndaşının saxtakarlıq etdiyi məlum olub

Sankt-Peterburqda Rusiya vətəndaşlığı almaq istəyən Azərbaycan vətəndaşının saxtakarlıq etdiyi məlum olub
# 28 aprel 2014 15:30 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Azərbaycan vətəndaşının Sankt-Peterburq şəhərində saxtakarlıq yolu ilə Rusiya vətəndaşlığını almaq cəhdi üzə çıxıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı Ramin Kərimov sadələşdirilmiş yolla Rusiya vətəndaşlığını almaq üçün özündən 27 yaş böyük qadınla ilə nikaha girib.

Sankt-Peterburq şəhər prokurorluğu Petrodvortsov rayonu üzrə Federal Miqrasiya Xidmətinin məlumatı əsasında araşdırma aparıb. Məlum olub ki, 28 yaşlı Ramin Kərimov 2013-cü il martın 28-də 55 yaşlı Sankt-Peterburq sakini ilə formal nikah bağlayıb. Prokurorluq Petrodvortsov rayon məhkəməsinə müraciət edərək həmin nikahın ləğv edilməsini istəyib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, həqiqətən də 28 yaşlı Ramin Kərimovla 55 yaşlı qadın arasında nikah formal olub. Belə ki, R Kərimov öz həyat yoldaşı haqqında sadə məlumatlara (doğum tarixi, doğulduğu yer, telefon nömrəsi və.s) malik olmayıb.

55 yaşlı qadının maddi ehtiyac səbəbindən Kərimovla nikaha girməyə razılaşdığı məlum olub. R. Kərimov 55 yaşlı rus qadına onunla nikaha girməsi müqabilində 2000 rubl (56 ABŞ dolları) verib.

Məhkəmə Azərbaycan vətəndaşı ilə Rusiya vətəndaşı arasında olan fomral nikahın ləğv edilməsi haqqında qərar çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR