“Barselona” Azərbaycan çempionuna rəqib oldu

“Barselona”  Azərbaycan çempionuna rəqib oldu
# 12 mart 2014 15:28 (UTC +04:00)

Bakı – APA. Bu gün futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nın püşkü atılıb. Apasport.az saytının məlumatına görə, mərasimdə ilk dəfə Azərbaycanda baş tutacaq həlledici mərhələyə çıxmış 4 klubun təşkil etdiyi cütlər müəyyənləşib.

Azərbaycan çempionu ilə yanaşı, “Barselona” (İspaniya), Moskva “Dinamo”su (Rusiya) və “Kayrat” (Qazaxıstan) yarımfinaldakı rəqiblərinin adını bilib. Naxçıvan təmsilçisinin püşkdə bəxti gətirməyib.

Belə ki, komandamızın rəqibi adlı-sanlı “Barselona” olub. Bu matç “Dördlər finalı”nın 2-ci oyunu olacaq. Digər cütdə isə Qazaxıstan və Rusiya təmsilçiləri görüşəcək.

Qeyd edək ki, aprelin 24 və 26-da keçiriləcək oyunlar “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

Yarımfinal

24 aprel

18:30. “Kayrat” (Qazaxıstan) – “Dinamo” (Rusiya)

21:00. “Araz” (Azərbaycan) – “Barselona” (İspaniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR