İstiqlal Muzeyində Dövlət Bayrağı Günü və Konstitusiya Gününə həsr olunmuş tədbir təşkil olunacaq

İstiqlal Muzeyində Dövlət Bayrağı Günü və Konstitusiya Gününə həsr olunmuş tədbir təşkil olunacaq
# 07 noyabr 2013 07:07 (UTC +04:00)

Bakı-APA. Noyabrın 12-də saat 12.00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 9 noyabr – Dövlət Bayrağı Gününə və 12 noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir təşkil olunacaq. Muzeydən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edəcəklər. Muzeyin elmi-ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədovanın təqdimatında Bayraq və Konstitusiya haqqında slayd-şou təqdim olunacaq.

Tədbirdə Bakı Dövlət Universitetinin tələbələri, Prezident Qvardiyasının və Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR