Kənan Yavuz: “Star” NEZ yeni strateji tərəfdaş axtarır”

Kənan Yavuz: “Star” NEZ yeni strateji tərəfdaş axtarır”
# 24 iyun 2014 14:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji” 2018-ci ilə qədər Türkiyənin ilk üç sənaye şirkəti arasında yer almaq niyyətindədir.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlamanı şirkətin rəhbəri Kənan Yavuz verib.

“Petkim” və “Star” neft emalı zavodlarının tikintisinə hazırlıq daxil olmaqla bu günə qədər qoyulan sərmayələr 4 mlrd. dolları ötüb. 2018-ci ildə zavodların işə düşməsi də daxil olmaqla, daha 6 mlrd. dollar həcmində sərmayə yatıracağıq”, - deyə K. Yavuz şirkətin hədəfləri və sərmayə planlarından danışarkən məlumat verib.

O, deyib ki, Azərbaycan prezidenti İlham Əliyev İzmir şəhərinin Əliağa bölgəsindəki olarkən dövlət başçısına sərmayələrin son vəziyyəti haqda məlumat verilib.

“2018-ci ildə hədəfimizin Türkiyənin ilk 3 sənaye şirkəti sırasına daxil olduğunu dedik. O, isə bizə birinci olmaq məqsədini qarşımıza qoydu”, - deyə o qeyd edib.

“Petkim”in Əliağadakı kompleksdə olmasının üstünlüklərindən danışan K. Yavuz bildirib ki, “Star” NEZ-in inşası 5,7 mlrd. dollara başa gələcək: “Eyni NEZ-i Ceyhanda (Adana) inşa etsə idik, 7 mlrd. dollar sərmayə lazım olacaqdı. Əliağada limanından dambaya münasib infrastruktur var. Bu infrastruktur isə bizə 1,3 mlrd. dollar əlavə xərcdən xilas edib. Həmçinin bu vəziyyət kredit tapılmasını da asanlaşdırdı”.

K. Yavuz qeyd edib ki, prezident İlham Əliyevin qoyduğu 1 nömrəli hədəfə çatmaq üçün “Star” NEZ-ə daha bir neft emalı zavodu əlavə edilməlidir: “İndiyə qədər qeyd edilənlərə əlavə olaraq daha 10 mlrd. dollara sərmayə qoymaq lazımdır. Əlimizdə 50-yə qədər layihə reallaşma vaxtını gözləyir”.

“Star” NEZ-in “Turcas Grupu”dan çıxmasından danışan K. Yavuz qeyd edib ki, hazırda “Star” NEZ yeni strateji tərəfdaş axtarır.

“Bizimlə ortaq olmaq istəyən yerli və əcnəbi sərmayədarlar var. Biz yanımızda yerli sərmayədarın olmasını istəyirik”, - deyə K. Yavuz qeyd edib.

Qeyd edək ki, “SOCAR Turkey Enerji” şirkəti yanacaq bazarının paylanma hissəsində işlərini genişləndirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR