MSK Gürcüstanda prezident seçkilərini müşahidə edəcək

MSK Gürcüstanda prezident seçkilərini müşahidə edəcək
# 25 oktyabr 2013 14:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. Mərkəzi Seçki Komissiyasının bir üzvü və qurumun katibliyinin bir əməkdaşı Gürcüstanda keçiriləcək prezident seçkilərində müşahidə missiyasını həyata keçirəcək.

MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya açıqlamasında deyib ki, MSK-nın müşahidə missiyası oktyabrın 26-da Gürcüstana yola düşəcək və oktyabrın 30-dək Gürcüstanda olacaq.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR