Bərdədə polis və hərbçi yol qəzasında xəsarət alıb

Bərdədə polis və hərbçi yol qəzasında xəsarət alıb
# 21 aprel 2014 11:05 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. “VAZ 2106” və "Mercedes" markalı iki minik maşınının toqquşması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ceyhun Allahverdi oğlu Xudaverdiyev, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı Fərman Şamil oğlu Salahov və Bəxtiyar Məzahir oğlu Ələsgərov, Səbuhi Mürşüd oğlu Ələsgərov xəsarət alıblar. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırmalar aparılır.

Avtomobillərdən birini polis əməkdaşı, digərini isə hərbi qulluqçu idarə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR