Krım Tatar Milli Məclisinin başqanı Refat Çubarovun atasının meyiti yaşadığı evdə tapılıb - VİDEO

Krım Tatar Milli Məclisinin başqanı Refat Çubarovun atasının meyiti yaşadığı evdə tapılıb - <span style="color: red;">VİDEO
# 30 mart 2014 22:29 (UTC +04:00)

Ukrayna. Mübariz Aslanov-APA. Bu gün Ukrayna vaxtı ilə saat 16 radələrində Krım Tatar Milli Məclisinin başqanı Refat Çubarovun atası Abdurrahman Çubarovun meyiti yaşadığı evdə tapılıb.

Bu barədə APA-ya R. Çubarovun yaxınları məlumat verib. Onların bildirdiklərinə görə, 84 yaşlı A. Çubarov ailə üzvləri ilə birlikdə doğulub böyüdüyü Pri-volnaya kəndində yaşayıb. Bu kənd Simferopoldan 130 kilometr məsafədə yerləşir.

Hüquq-mühafizə orqanları A. Çubarovun ölümünün səbəbini araşdırırlar.

Onun dəfninin sabah Pri-volnaya kəndində keçiriləcəyi, dəfn mərasimində bəzi Rusiya rəsmilərinin iştirakının da gözlənildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR